AZ

TikTok məsələsinin yeni mərhələsi: Tramp fərman imzaladı

 

b693ed6b9e1c8703d7f4519ccd9a418b.jpg
07.08.2020 09:40

ABŞ prezidenti Donald Tramp TikTok təhlükəsi ilə mübarizə haqqında fərman imzalayıb.

 

TED.az xəbər verir ki, 45 gündən sonra ABŞ TikTok-un sahibi olan şirkəti ilə bütün əməliyyatları dayandırmalıdır.

 

Sənədə əsasən, ABŞ qanunvericiliyində ByteDance ilə hər hansı (hüquqi və ya fiziki şəxs ilə) sövdələşmə qadağan edilir.

 

Tramp Çin şirkətlərinə məxsus tətbiqlərin ABŞ-ın milli təhlükəsizlik, xarici siyasət və ölkə iqtisadiyyatı üçün təhlükə yaratmaqda davam etdiyinə əmindir.

 

Qeyd edək ki, daha əvvəl Tramp məşhur Çin tətbiqinin sentyabrın ortalarında ABŞ-da öz vahidlərini satmadığı təqdirdə "ticarət fəaliyyətini dayandıracağını" bildirmişdir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox