AZ

Ən çox pul qazanan TikTok-çular məlum oldu 

 

8e902fa8eb02902de647a4093e0af73d.jpg
07.08.2020 10:40

“Forbes” jurnalı son bir ildə daha çox gəlir əldə edən TikTok-çuların siyahısını tərtib edib.

 

TED.az xəbər verir ki, birinci yeri ABŞ-ın Luizana ştatından 19 yaşlı Edison Rey İsterlinq tutub. O, 12 ay ərzində TikTok vasitəsilə təqribən 5 milyon ABŞ dolları qazanıb. 

 

İkinci və üçüncü yerdə müvafiq olaraq Çarli və Diksi D`Amelio bacıları (ABŞ; Los-Anceles, Kaliforniya) gəlir. Çarli 12 ay ərzində 4 milyon, Diksi isə 2,9 milyon ABŞ dolları dəyərində qazanc əldə edib.

 

Qeyd edək ki, siyahıda növbəti yerləri alanlar da ABŞ və Kanadanın gənc sakinləridir. Onların hamısı sosial şəbəkədə əyləncə xarakterli paylaşım edirlər.

Dünya bölməsindən digər xəbərlər

Daha çox