AZ

Canon kiberhücuma məruz qaldı - Fərdi məlumatlar oğurlandı

 

5aab343e14ed9510c8c0ddefa406b111.jpg
07.08.2020 11:06

Dünyanın qabaqcıl fotoaparat istehsalçısı Canon kiberhücuma məruz qalıb.

 

TED.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, hücum nəticəsində 10 TB-a qədər məlumat oğurlanıb. Kibercinayətkarlar məlumatları geri qaytarmaq üçün pul tələb ediblər. Hücum nəticəsində şirkətin elektron poçt xidməti, Microsoft Teams servizi və ABŞ mərkəzli veb-saytı fəaliyyət göstərə bilməyib. Məlumatların bir qisminin hələ iyulun 30-da oğurlandığı açıqlanıb. 

 

Qeyd edək ki, şirkət kiberhücum faktını təsdiqləsə də, hələlik bu barədə ətraflı məlumat yayımlanmayıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox