AZ

Android 11 Final Beta yayımlandı - Əsas yeniliklər

 

06dd05052fd4bf76b976a2a1e44a7eaa.jpg
07.08.2020 12:28

Bu gün Android 11-in Final Beta versiyası yayımlanıb.

 

TED.az xəbər verir ki, yeni versiya Pixel 2, 3, 3a və 4 istifadəçilərinin ixtiyarına verilib. Bildirilib ki, bu, Android 11-in tam hazır halından öncəki sonuncu versiyadır və buradakı yeniliklərin əksəriyyəti olduğu kimi qalacaq. 

 

Beta versiyalar tətbiq və oyun yaradıcılarının yeni mühitə daha sürətlə adaptasiya olması üçün yayımlanır. 

 

Yeni versiyada tətbiqlərin ərazi bildirimi üçün fərqli alətlərdən istifadə olunacaq. Əvvəlki versiyalarda tətbiqin ərazi bildirimi göstərməsi üçün telefonda GPS açıq olmalı idisə, artıq buna ehtiyac yoxdur. Artıq tətbiqlər yalnız özləri üçün GPS aça biləcəklər. Bunun nəticəsində istifadəçi telefonun enerjisinə qənaət etmiş olacaq.

 

Yeni final beta versiyanı quraşdırmaq üçün cihaza uyğun yenilənmə faylını Android Flash Tool vasitəsilə yükləmək kifayətdir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox