AZ

Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb

 

c21b7dee51b54427c6dd6120cd3e00de.jpg
07.08.2020 14:15

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən Azərbaycanın görkəmli qəzəlxan şairi Əliağa Vahidin anadan olmasının 125 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

 

TED.az xəbər verir ki, Regional Rabitə Birliyi ölkələrinin 2020-ci il üçün müəyyən etdiyi “İncəsənət xadimləri” mövzusundakı birgə buraxılış çərçivəsində hazırlanmış markanın üzərində şairin qrafik portreti təsvir edilib.

 

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş markalar Belarus Respublikasında 300 min tirajla çap olunub. Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox