AZ

ABŞ TikTok və WeChat-ı rəsmi olaraq qadağan etdi

 

82db78b8512614a4d9fd31952537f42c.jpg
07.08.2020 16:39

ABŞ Prezidenti Donald Trump Amerika şirkətlərinə TikTok və WeChat ilə əməkdaşlığı rəsmi olaraq qadağan edib.

 

TED.az xəbər verir ki, D.Trump bu barədə iki rəsmi qərar imzalayıb. Sözügedən qərarlarda bu sosial şəbəkələrdən istifadənin ABŞ-ın xarici siyasəti, iqtisadiyyatı və beynəlxalq təhlükəsizliyi üçün təhlükəli olduğu qeyd edilib. Yeni qaydaların 45 gün sonra qüvvəyə minəcəyi bildirilib. 

 

Qeyd edək ki, təhlükəsizlik məqsədilə Tiktok-un Çinin nəzarətində olmasını istəmədiyini deyən D.Trump Microsoft və ya digər nəhəng Amerika şirkətlərinin onu satın almasını təklif edib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox