AZ

Bəzi Xiaomi tətbiqləri Hindistanda qadağan olundu

 

9cd380afec26088e5bc744ff181b5efa.jpg
07.08.2020 16:55

Hindistan TikTok ilə birlikdə daha 47 Çin tətbiqinə qadağa qoyub. 

 

TED.az xəbər verir ki, dünən Hindistan hökumətinin verdiyi qərarla Xiaomi tətbiqlərində Mi Browser Pro və MIUI Cleaner də qadağan edildi.

 

Xatırlayırsınızsa, may ayında Xiaomi-nin fərdi məlumatları icazəsiz paylaşdığı ortaya çıxdı. Marka o dövrdə bir çox açıqlamada şəxsi məlumatları topladığını etiraf etsə də, bu məlumatları digər insanlar və qurumlarla paylaşmadığına dair dəlillər ortaya qoydu. Digər tərəfdən, Hindistan, Xiaomi-nin bu qalmaqalı və TikTok-un istifadəçi məlumatlarını gizli şəkildə toplayan kəşfi ilə şəxsi məlumatları toplayan bir çox Çin mənşəli tətbiqinə qadağa qoymaq qərarına gəldi. Dünən yaranan MIUI Cleaner və Mi Browser Pro-a qoyulan qadağa Hindistan bazarının ən güclü oyunçulardan biri olan Xiaomi üçün həyəcan siqnallarının səslənməsinə səbəb oldu.

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox