AZ

21 dollarlıq məşhur oyun 5 gün ərzində ödənişsiz oldu

 

912824210a76d464ae912c1ef6eb6072.jpg
07.08.2020 18:50

2 K Games-in bir neçə ay öncə nümayiş etdirdiyi  Borderlands 3 oyunu hazırda Steam platformasında ödənişsizdir. 

 

TED.az xəbər verir ki, 5 gün oynadıqdan sonra oyundan 50% endirimlə yararlanmaq mümkündür. Avqustun 12-dək pulsuz oynanılacaq oyun Epic Games kimi digər platformalarla çarpaz dəstək təklif edir. Dostunuz başqa bir platformanın istifadəçisi olsa belə, birlikdə oynamaq mümkündür. Bundan əlavə, həm Steam, həm də Epic Games versiyaları kiber hücumlara qarşı Denuvo müdafiəsi ilə təchiz olunublar.

 

Borderlands 3-ü 5 gün ərzində ödənişsiz oynamaq üçün nə etməli?

 

Bunun üçün öncə aşağıdakı link vasitəsilə oyunun Steam səhifəsinə daxil olmaq lazımdır:

 

Daha sonra səhifənin alt qismində olan "Borderlands 3 oynayın" bölməsində "Oyunu başla" düyməsi sıxılmalıdır.

 

Açılan pəncərədəki addımları izləyərək Borderlands 3-ü kompüterə quraşdırmaq mümkündür. 

 

Xatırladaq ki, oyunu yükləmək üçün 81,35 GB yaddaşa ehtiyac var.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox