AZ

Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır

 

59041e79594c8e4e578cf5105dfa760a.jpg
07.08.2020 19:52

Xırdalan dairəsində dəmir yolu körpüsünün tikintisi müddətində Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları yeni cədvəl ilə hərəkət edəcək. 

 

Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin sıxlığını azaltmaq məqsədilə Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb. 

 

TED.az xəbər verir ki, yeni tərtib olunmuş hərəkət qrafikinə bir neçə reys əlavə olunub. 

 

Yeni cədvəl avqustun 10-dan qüvvəyə minəcək.

 

Qeyd edək ki, Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti avqustun 10-dan müvvəqəti olaraq dayandırılır. Həmin müddətdən noyabrın 10-dək Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.

 

Tikinti müddətində Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə elektrik qatarların yeni hərəkət qrafiki ilə aşağıdakı cədvəllərdə tanış olmaq mümkündür.

 

 

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə əlaqədar Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən elektrik qatarları avqustun 31-dək həftə sonları hərəkətdə olmayacaq. Avqustun 8-i və 9-da, 15-i və 16-da, 22-si və 23-də, 29-u və 30-da həmin istiqamətdə sərnişin daşınması həyata keçirilməyəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox