AZ

“Koronavirusla müharibəni bitirək, sonra kimə nə mükafat düşdüyünə baxarıq” – Prezident köməkçisi

 

ac851800c7d4544c6c7011b07c0a37b8.jpg
08.08.2020 11:28

“Hələ müharibə bitməyib. Gəlin koronavirusla müharibəni başa çatdıraq, ondan sonra kimə hansı mükafatın düşdüyünə baxarıq”.

 

TED.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

 

O bildirib ki, bir çox ölkələrdə koronavirusla mübarizədə iştirak edən həkimlər üçün müxtəlif həvəsləndirici mükafatlar tətbiq olunur: “Amma bunu yalnız dövlət etmir. Təbii, dövlət də bu istiqamətdə addımlar atır.  Həkimlər ən ön cəbhədə mübarizə aparan qəhrəmanlardır. Biz bunların hamısını yüksək qiymətləndiririk. Amma hələ müharibə bitməyib. Gəlin koronavirusla müharibəni başa çatdıraq, ondan sonra kimə hansı mükafatın düşdüyünə baxarıq. Bu işdə ictimaiyyəti də fəal iştirak etməyə çağırıram. Həmin həkimlər də kimlərinsə atası, anası, həyat yoldaşıdırlar. Çox istedadlı gənclər var. İstərdim, istedadlarını bu istiqamətə yönəltsinlər və həkimlər barədə maraqlı sosial çarxlar hazırlasınlar”.

 

 

Lamiyə SÜLEYMANLI

 

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox