AZ

Tvitter TikTok-u satın almaq üçün ilkin danışıqları aparıb

 

f98492de1aa0448a456129284b28392a.jpg
10.08.2020 10:35

Tvitter şirkəti TikTok tətbiqinin sahibi olan ByteDance ilə məşhur xidmət alınması haqqında ilkin danışıqları aparıb. 

 

TED.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

 

Məlumata görə, şirkətlər arasında olan söhbət yalnız ABŞ-ın TikTok əməliyyatları ilə bağlı olub.

 

Qeyd edək ki, Microsoft şirkəti artıq bir neçə həftədir ki, ByteDance ilə yalnız ABŞ-da deyil, Avstraliya, Kanada və Yeni Zelandiyada da TikTok aktivlərinin alınmasına dair danışıqlar aparır. Mənbələrə görə, Microsoft TikTok satın almaq üçün əsas iddiaçı olaraq qalır.

 

Xatırladaq ki, daha əvvəl Tramp məşhur Çin tətbiqinin sentyabrın ortalarına kimi ABŞ-da öz səhmlərini satmadığı təqdirdə ticarət fəaliyyətinə qadağa qoyulacağını bildirmişdir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox