AZ

Qalmaqallarla xatırlanan Takata hava yastıqları hələ də milyonlarla avtomobildə istifadə olunur

 

43ed6ab1b12316d2a54e78b8dab0d5fb.jpg
10.08.2020 11:36

Bir vaxtlar avtomobil sənayesində istehsal etdiyi etibarlı avadanlıqlarla, sonradan isə qalmaqallarla tanınan Takata-nın istehsal etdiyi hava yastıqları hələ də milyonlarla nəqliyyat vasitəsində mövcuddur. 

 

TED.az xəbər verir ki, şirkətin keçmiş məsləhətçisi qüsurlu Takata hava yastıqları ilə təchiz edilmiş milyonlarla avtomobilin hələ də yollarda olduğunu bildirib.

 

Bu yaxınlarda Livanın paytaxtı Beyrutda şəhərin limanında saxlanılan təxminən 2750 ton ammonium nitrat partlayıb.

 

Son dərəcə partlayıcı bir kimyəvi olan ammonium nitrat qəza halında şişib kiçik bir partlayış yaratmaq üçün Takata markalı hava yastıqlarında hərəkətverici qüvvə olaraq da istifadə olunur. Bu səbəbdən son illərdə ABŞ tarixindəki ən böyük geri çağrılmalardan biri yaşandı. Audi, BMW, Honda, Daimler Vans, Fiat Chrysler, Ferrari, Ford, General Motors, Mazda, Mitsubishi, Nissan, Subaru, Toyota və Volkswagen kimi markalara aid milyonlarla avtomobil təhlükəsizlik yastıqları dəyişdirilmək üçün geri çağırıldı.

 

Əvvəllər Takata-da işləyən vəkil Jerry Cox bildirib ki, hələ də ölkənin hər yerində insanların avtomobillərində partlamağa hazır amonium nitrat maddəsi var.

 

Takata hava yastıqları təkcə ABŞ-da 16 ölüm və ən azı 250 yaralanma və dünya üzrə 25 ölümün səbəbkarı olaraq istinad edilir. Əvvəllər NHTSA ilə müqavilə bağlayan yapon istehsalçısı 1 milyard dollar təzminat ödəməyi qəbul edib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox