AZ

MİQ müsabiqəsi barədə məlumat şəxsi səhifələrə göndərilib

 

1e8eea79c205324c02936357eb003ab7.jpg
10.08.2020 12:58

Bu ilin avqust ayının 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

 

Təhsil Nazirliyindən TED.az-a verilən məlumata görə, 14-17 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

 

Həmin tarixlərdə fizika, fransız dili, rus dili və biologiya fənləri üzrə test imtahanı keçiriləcək. Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.

Elm bölməsindən digər xəbərlər

Daha çox