AZ

Avropa Komissiyası Feysbuk və Microsoft şirkətlərinin Apple-a qarşı şikayətini qəbul edib

 

6f2764d1bbea4b81725ee98912811505.jpg
11.08.2020 15:47

Feysbuk və Microsoft App Store-un işindən narazıdır. Şirkət nümayəndələrinin sözlərinə görə, texnologiya nəhənglərinin tətbiqləri App Store-da düzgün göstərilmir. İddialar Avropa İttifaqının(Aİ) Apple-a qarşı araşdırmasının bir hissəsi ola bilər.

 

TED.az xəbər verir ki, Aİ-nin Antiinhisar tənzimləyici orqanları Apple şirkətinə məxsus App Store-da Feysbuk və Microsoft tətbiqlərinin göstərilməsi problemini təsbit ediblər.

 

"Komissiya Apple App Store qaydaları ilə bağlı narahatlıqlardan xəbərdardır", — deyə Avropa Komissiyasının mətbuat katibi Arianna Podesta bildirib.

 

Hazırda Aİ Apple ilə bağlı dörd araşdırma aparır, onlardan üçü App Store-a, həmçinin orada yaradılmış əlavə məhdudiyyətlər və şərtlərə aiddir.

 

"Apple istehlakçılara Xbox Game Pass kimi bulud oyunlarından və abunə xidmətlərindən istifadə etməyə imkan verməyən yeganə açıq platformadır", — deyə Microsoft nümayəndələri App Store-da Project xCloud proqramına daxil olmaq problemini izah ediblər.

 

Apple tənqidləri qəbul etmir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox