AZ

Qəzada iki hissəyə bölünən Tesla Model S-in sürücüsü və sərnişini yüngül xəsarət aldı

 

e86e99f220aae4f1aa6aa0e93ef5fe5b.jpg
12.08.2020 11:15

Yük maşınının zərbəsi ilə az qala ikiyə bölünən Tesla Model S-in sürücüsü və sərnişini yüngül xəsarətlərlə qəzadan qurtulub. 

 

TED.az xəbər verir ki, qəza anında mühafizə pərdələrini çıxaran avtomobilin təhlükəsizliyindən məmnun olan sürücü qəza şokunu dəf etməmiş yeni Model Y sifariş edib.

 

Avtomobillərin təhlükəsizlik səviyyəsi dedikdə Euro NCAP ağla gələn ilk sınaq təşkilatlarından biridir və bir avtomobilin nə qədər təhlükəsiz olması barədə ilk fikir onun Euro NCAP-dan neçə ulduz almasından asılıdır. Ancaq bir avtomobilin Euro NCAP-dan nə qədər ulduz almasına baxmayaraq, sürücünü və sərnişinləri həqiqi qəzada nə qədər qoruya biləcəyi vacibdir. Tesla Model S-nin Euro NCAP-dan 5 ulduza layiq olduğu görünür.

 

Reddit istifadəçisi olan Quarm813 dünən bir neçə foto paylaşıb və qızı ilə birlikdə avtomobildə ətrafı seyr edərkən baş verən dəhşətli qəzanı təsvir edib. 

 

Şəkillərdən də göründüyü kimi, Tesla Model S yararsız hala düşüb və avtomobil sahibinin belə böyük bir qəzadan qırıq qolla çıxması və arxa oturacaqda qızının yaralanan ayağı ilə qurtulması Model S-in təhlükəsizlik baxımından nə qədər uğurlu olduğunu göstərir.

 

Qeyd edək ki, bəzi analitiklər bunun Tesla şirkəti tərəfindən həyata keçirilən növbəti PR kompaniyası kimi xarakterizə ediblər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox