AZ

Türkiyə elektromobil bazarına daxil olur - Bu qədər stansiya qurulub

 

4fcd33d489978fa42c117945517fcd0b.jpg
12.08.2020 14:10

2022-ci ildə istifadəyə veriləcək Türkiyə istehsalı avtomobillərlə bağlı yeni məlumatlar açıqlanıb. Bildirilib ki, elektromobil istehsalı enerji doldurma stansiyalarının sayının artmasını da zərurətə çevirir.

 

TED.az xəbər verir ki, Türkiyənin bu istiqamətdə məşhur şirkəti ZES 100 yeni stansiya açıb. Bu stansiyalar əsasən, İstanbul, Ankara, İzmir, Antalya, Bursa, Eskişehir, Muğla ve Balıkesir və digər əraziləri əhatə edir. Bildirilib ki, hazırda 56 şəhərdə 268 belə stansiya fəaliyyət göstərir. 

 

Rəsmilərin məlumatına görə, sözügedən şirkət Türkiyənin bazar payının 40%-i əlində cəmləşdirib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox