AZ

Türkiyənin Müdafiə naziri və Baş Qərərgah rəisi Azərbaycana gəlir 

 

733537a5379548602e2994e7c3185917.jpg
12.08.2020 14:33

Bu gün Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir.

 

TED.az xəbər verir ki, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

 

Qeyd edək ki, Türkiyə ilə Azərbaycan silahlı qüvvələrinin Azərbaycanda başlatdığı birgə hərbi təlim "TurAz Qartalı-2020" adlanır. Birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi çərçivəsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələrinin ekipajları təlim-məşq uçuşları keçiriblər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimin mərhələsinin ssenarisinə uyğun olaraq hərbi təyyarəçilər pilotaj texnikası, həmçinin qoşa və manqa ilə uçuşları məşq ediblər.

 

Lamiyə SÜLEYMANLI

TED + bölməsindən digər xəbərlər

Daha çox