AZ

Daha bir tətbiq Android istifadəçilərinin ixtiyarına verildi

 

23ad29422b3a953721a3afdba92e8030.jpeg
12.08.2020 16:45

Pixel seriyalı telefonlardakı tətbiqlərdən biri artıq Android istifadəçilərinin də ixtiyarına verilib.

 

TED.az xəbər verir ki, Google Telefon tətbiqinin beta versiyası android telefonlarda aktivdir.

 

İlkin məlumata görə, tətbiq öncə Samsung və OnePlus markalı smartfonlara yüklənə biləcək. Bunun üçün əvvəlcə tətbiqin beta versiyasında qeydiyyatdan keçmək lazımdır. Daha sonra tətbiqi Play Store üzərindən yükləmək mümkün olacaq. 

 

Google telefon tətbiqini digərlərindən fərqləndirən xüsusiyyətlərdən biri də filtrləmədir. Amma təəssüf ki, bu xüsusiyyət hələlik yalnız ABŞ-da Pixel markalı smartfon istifadəçilərinin ixtiyarına verilib. 

 

Qeyd edək ki, tətbiq hələlik beta versiyada olduğu üçün daxil olan və çıxan zənglərdə problem yaşana bilər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox