AZ

WhatsApp-a daha bir funksiya gəlir

 

d5a934759d4c0c1c09d03cb2067a675b.jpg
12.08.2020 20:46

WhatsApp yeni funksiyaya sahib olacaq: istifadəçilər Android və iOS cihazları arasında keçid edərək, söhbət tarixçəsini saxlaya biləcəklər.


TED.az xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.


Qeyd olunur ki, bu funksiya hələlik istifadəyə verilməyib.


Android və iOS platformalarında işləyən qurğular arasında keçid edərək, söhbətləri saxlamaq imkanının tətbiqin növbəti yenilənməsində aktivləşdiriləcəyi gözlənilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox