AZ

Apple baş direktoru milyarder oldu 

097d08a963c96504bdca391a419e7d5b.jpg
12.08.2020 21:34

Apple şirkətinin səhmlərinin dəyərinin artması nəticəsində onun rəhbəri Tim Kukun sərvəti 1 milyard dolları keçib.


TED.az xəbər verir ki, bu haqda Bloomberg agentliyi məlumat yayıb. 


Agentlik korporasiya rəhbərinin əldə etdiyi məbləğin tam qədərini göstərməsə də, ötən həftə ərzində Nyu-York birjasında Apple səhmlərinin qiymətinin təxminən 5% artdığını qeyd edib. 


Hazırda şirkətin kapitallaşması 1,9 trilyon dolları keçib. T.Kukun sərvəti isə məlum mənbələrdən götürülmüş məlumatlar əsasında hesablanıb. 


Bununla yanaşı, ekspertlər şirkət rəhbərinin anonim olaraq böyük məbləğdə yardımlar etdiyinin nəzərə alaraq məbləğin 1 milyard dolları keçmədiyini də istisna etmirlər.

Dünya bölməsindən digər xəbərlər

Daha çox