AZ

Nazir şagirdlərlə onlayn görüşdü

 

d1dd37011ed7e4a6a771d7fa74d00e5f.jpg
13.08.2020 14:16

Bu gün Təhsil naziri Emin Əmrullayev ölkənin müxtəlif regionlarından olan 50-yə yaxın valideyn, şagird və müəllimin iştirakı ilə videokonfrans keçirib. 

 

Təhsil Nazirliyindən TED.az-a veriən məlumata görə, görüşdə koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışılıb. 

 

Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

 

Görüş zamanı çıxış edən müəllim, şagird və valideynlər 2020-2021-ci tədris ili ilə bağlı öz fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.

Elm bölməsindən digər xəbərlər

Daha çox