AZ

Wi-fi əvəzinə Li-fi istifadə edən telefon istehsal olunacaq

 

82d280d84aded8d5df6f1854a176a4ea.jpg
13.08.2020 15:09

Üzərində araşdırmaların illərdir davam etdiyi, Wi-fi texnologiyasını əvəzləyəcəyi gözlənilən Li-fi yaxın vaxtlarda istifadəyə veriləcək.

 

TED.az xəbər verir ki, LetsGoDigital-ın yayımladığı hesabata görə, OPPO şirkəti Wi-fi əvəzinə Li-fi texnologiyasını dəstəkləyən smartfon üzərində çalışır. Artıq sözügedən layihə üçün patent alınıb. 

 

Yeni modelin dar çərçivəyə sahib, tam ekrandan ibarət smartfon olacağı, Li-Fi texnologiyasının isə cihazın arxasına bərkidiləcəyi gözlənilir. Bu sensorun arxa kameranın yanında və ya yuxarısında olacağı təxmin edilir. 

 

Hazırda işlərin hansı aşamada olduğu, cihazın nə zaman təqdim olunacağı barədə isə rəsmi açıqlama verilməyib. 

 

Xatırladaq ki, PureLiFi şirkəti ötən il keçirilən Dünya mobil konqresində bu texnologiyanın 2020-ci ildə istifadəyə veriləcəyini söyləmişdi.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox