AZ

Silahlı insanlar Minskdəki Yandex ofislərinə basqın edib

 

c2c2002ccc7b6c5f082381bdc8793e3d.jpg
13.08.2020 15:32

Silahlı insanlar Belarus paytaxtı Minskdə yerləşən Yandex ofislərinə daxil olaraq girişi blok ediblər.

 

TED.az xəbər verir ki, Yandex-in bir neçə işçisi ofisdə olub.

 

"Hələ ki, yalnız məlumatları təsdiq edə bilirik, detalları aydınlaşdırırıq", — deyə şirkətin nümayəndəsi İlya Qrabovski bildirib. 

 

Nəzərinizə çatdıraq ki, Minskdə Yandex-in iki ofisi mövcuddur. Şirkət ofislərində 120 nəfər işləyir, əksəriyyət isə məsafədən iş rejimində çalışırlar.

Dünya bölməsindən digər xəbərlər

Daha çox