AZ

“İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti AzTU-da olub

 

379905053b062e6808686fe854a02e4c.jpg
13.08.2020 16:45

Bu gün İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət Abdullayev Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüb. 

 

TED.az xəbər verir ki, rektor AzTU-da aparılan elmi-tədqiqatlar, professor-müəllim heyətinin və tələbələrin hazırladıqları texnoloji həllər və onların sənayedə tətbiqi barədə qonağa ətraflı məlumat verib. 

 

Bildirib ki, belə layihələrin əmək bazarına transferi üçün universitet-sənaye iş birliyinin inkişafı prioritet vəzifələrdəndir. Hikmət Abdullayev də rəhbərlik etdiyi şirkətin AzTU ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Daha sonra universitetin tədqiqatçılarının hazırladıqları layihələrə baxış keçirilib. 

 

Qeyd edək ki, yaxın günlərdə AzTU ilə “İDRAK Texnoloji Transfer” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.

Elm bölməsindən digər xəbərlər

Daha çox