AZ

Yandex 3 milyard dollar cərimə oluna bilər - CASUSLUĞA GÖRƏ

e790de32bfb7cca714d90449f6f0e1a0.jpg
13.08.2020 22:51

Yandex şirkəti casusluqda ittiham olunur.


TED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yandex üç mövsümdə matç kadrlarının nümayiş hüquqlarını pozduğu üçün TeleSport şirkəti tərəfindən məhkəməyə verilib. 


Şirkətin iddia ərizəsinə Yandex-in axtarış nəticələrinin təxminən 590 linki daxildir. Bu halda nəzərdə tutulan kompensasiyanın maksimum məbləği 5 milyon rubl təşkil edir. TeleSport Group hər bir pozuntuya görə 2,95 milyard rubl ödəmə tələb edir. 


Yandex isə şirkətin iddialarını əsassız hesab edir. 


Qeyd edək ki, TeleSport Group şirkəti Rusiyada futbol üzrə İtaliya çempionatının nümayiş hüquqlarının sahibidir. Məhkəmə bu ayın 21-də baş tutacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox