AZ

Teams-dan kütləvi istifadə BU TƏHLÜKƏSİZLİK tədbirlərini zəruri edir - Ekspert

172c6e2888e68d6ef33fd718ec2c2b16.jpg
15.09.2020 17:35

Dərslər başlandığı üçün Microsoft Teams platforması istifadəçilərinin sayı xeyli artıb. Platforma vasitəsi ilə həyata keçirilən layihənin məqsədi məsafədən tədris imkanlarını genişləndirməkdir. Bu platformada bütün elektron kitab, video dərs, əlavə təhsil proqramları və mərkəzləşdirilmiş test nümunələrini tapmaq mümkündür. Bütün bu resurslar üz-üzə görüşləri təmin etmək, tapşırıq və müzakirələrin bir-birinə inteqrasiyası üçün vahid mərkəzdə cəmləşdirilib. Bu gün milyondan çox şagird və 100 min müəllim platformada qeydiyyatdan keçərək ondan aktiv istifadə edir. 

 

Maraqlıdır, platformadan kütləvi istifadə hansı təhlükəsizlik tədbirlərini zəruri edir?

 

Mövzu ilə bağlı TED.az-a danışan təhlükəsizlik üzrə ekspert Fərid Zeynalov bildirib ki, platformanın kim tərəfindən, necə qurulduğunu bilmədiyi üçün onun nə qədər davamlı olacağını zaman göstərəcək: "Təhlükəsizlik tədbirlərinə gəlincə isə burada elə bir məxfi məlumat ötürülməsi aparılmır. Buna görə də güclü təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac yoxdur. İstənilən halda hər kəs öz kompüteri, avadanlığı səviyyəsində müəyyən ehtiyat tədbirləri görməlidir. Məsələn, antivirus yüklənməsi, yenilənmələr minimal, mütləq tədbirlərdir". 

 

Ekspert vurğulayıb ki, platforma yaradılarkən bir sıra ehtimallar nəzərə alınıb: "Ümumi götürdükdə Microsoft platformanı qurarkən yəqin ki, müəyyən təhlükəsizlik tədbirləri də nəzərdə tutub. Həm şəbəkə tərəfindən, həm də platformanın özündə bir sıra ehtiyat tədbirlər mütləqdir. Ümid edirəm, platforma yaradıcıları bunları nəzərə alıblar".

 

Qeyd edək ki, aprelin 2-dən Təhsil Nazirliyi "Virtual məktəb" layihəsinə start verib.

 

Yaxın vaxtlarda isə Microsoft Teams-da Azərbaycan dili də istifadəyə veriləcək. Çünki Microsoft Tems-dən geniş istifadə edən ölkələr arasında Azərbaycan da var. Hazırlıq məqsədilə yay aylarında təxmini 30 min təhsilverən üçün təlimlər keçirilib və proqram təminatından istifadə öyrədilib.

 

 

Lamiyə SÜLEYMANLI

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox