AZ

Yeni Hyundai Tucson modeli təqdim olundu

a8badbf75547795433c25e182d337e0f.jpg
16.09.2020 12:12

Hyundai Motor Company yeni Tucson modelini təqdim edib.

 

TED.az xəbər verir ki, ilk dəfə 2004-cü ildə təqdim edilən, dünyada 7 milyondan çox satılan Tucson-un Avropa bazarında 1,4 milyon ədədi sürücülərin ixtiyarına verilib. Yeni təqdim olunan isə Tucson modelinin Sensuous Sportiness seriyasıdır. Yeni Tucson hibrid, plug-in hibrid və 48 volt yüngül hibrid motor seçimləri ilə elektromobillərə alternativ istifadə ediləcək. 

 

Yeni modelin bir neçə ölkədə eyni anda istehsal olunacağı gözlənilir. 

 

Mütəxəssislərin fikrincə, Tucson benzin və dizel motorları ilə bazardakı önəmli avtomobillərdən biri olacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox