AZ

Azərbaycanda keçiriləcək “InnoWeek - İnnovasiya həftəsi”nin münsiflər heyəti bəlli oldu

 

2da901aaf6271fbe85def686d22ba430.jpg
19.09.2020 13:20

Azərbaycanda keçiriləcək “InnoWeek - İnnovasiya həftəsi”nin münsiflər heyəti bəlli olub. 

 

TED.az xəbər verir ki, Azərbaycan İnnovasiyalar Mükafatının münsifləri New Space akseleratoru Leyla Tağızadə, Technote-un müəllifi Fərid Pərdəşünas, KOBİA-nın idarə heyətinin sədr müavini  Nadir Adilov, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov və İnnovasiyalar Mərkəzinin direktoru Tağı Tağızadə olacaqlar.

 

Qeyd edək ki, Azərbaycan İnnovasiya Mükafatı,“İnnovativ Azərbaycan” devizi ilə qlobal innovasiya ekosistemində lider ölkələr sırasında olmağımız üçün lokal ekosistem oyunçularını dəstəkləmək məqsədi ilə yaradılmış mükafatlandırma proqramıdır. 

 

Layihə çərçivəsində qiymətləndirmə zamanı aşağıdakılar əsas şərtdir:

 

 -Ədalətli olmaq və rasional əsaslara söykənmək;

 

-Rüşvət almamaq və ya təsir altına düşməmək;

 

-Prioritet verməmək və maraq toqquşmaları hallarını açıqlamaq.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox