AZ

Koronavirus beynə necə təsir göstərir - TƏDQİQAT 

 

9b5c0ac5f9587accbef31eda7717ce5d.jpg
19.09.2020 17:20

Koronavirus infeksiyası baş beyin üçün dağıdıcı təsirlərə səbəb ola bilər.


TED.az xarici KİV-ə istinadən xəbər verir ki, Liverpool Universiteti, London Universitet Kolleci, Yel Universiteti və İkon Tibb Məktəbinin mütəxəssislərinin birgə elmi işi nəticəsində bu qərara gəlinib.


Mütəxəssislərin bildirdiyinə görə, nevroloji və psixiatrik ağırlaşmaları olan COVID-19 xəstələrinin 62%-də baş beynin qanla təchizatı sistemi zədələnib. Eyni zamanda, 31% xəstədə qarışıqlıq və uzunmüddətli huşsuzluq vəziyyəti olduğu təsbit edilib.


London Universitet Kollecindən bildiriblər ki, infeksiyanın ən çox yayılmış nevroloji nəticələri insult və ensefalit – baş beyin toxumalarının iltihabıdır. Belə simptomlar əhalinin müxtəlif qruplarında, o cümlədən gənclərdə görünə bilər.


Alimlərin fikrincə, koronaviruslu ağır xəstələrin 50%-dən çoxunda nevroloji fəsadlar baş verə bilər.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox