AZ

Trump TikTok haqqında  danışdı: “Xeyir-duasını verdim...”

 

11490a5ed0923884a856b2e781269428.jpg
21.09.2020 11:15

Məlum olduğu kimi, TikTok platformasının ABŞ-dakı obyektləri Oracle şirkətinə satılıb. Razılaşmaya əsasən, sosial şəbəkə ABŞ ərazisində işləməyə davam edə bilər. 

 

TED.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bununla bağlı açıqlama verib. 

 

D.Tramp Oracle şirkəti tərəfindən TikTok-un alınması ilə bağlı sövdələşməyi müsbət qiymətləndirib. 

 

"Mən bu razılaşmanın xeyir-duasını verdim. İştirakçılar onu sona çatdırsalar, çox gözəl olar. Çatdırmasalar da, eybi yoxdur”, - deyə Tramp qeyd edib.

 

"Texnologiya dünyadakı hər şeyi üstələyir, bu da bizim xoşumuza gəlir”, — Ağ Evin rəhbəri əlavə edib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox