AZ

Azərbaycanda avqust ayı üzrə ən çox hansı model telefon satılıb? - SORĞU

 

02de435347182253c52819c6ab556133.jpg
21.09.2020 13:10

Mobil telefonlar artıq həyatımızın bir parçasına çevrilib. Bu səbəbdən də onları tez-tez yeniləməyə, həm funksionallıq, həm də dizayn baxımından daha mükəmməlini əldə etməyə çalışırıq. 

 

Bəs görəsən, avqust ayında ən çox hansı model telefona tələbat olub? TED.az olaraq şəhərimizin elektronika mağazalarından bunu araşdırmağa çalışdıq. 

 

Kontakt Home mağazalar şəbəkəsindən bildirildi ki, hazırda ən çox tələbat Xiaomi markalı telefonlaradır. Son ayda ən çox satılan mobil telefona gəlincə isə bunlar Xiaomi Note 9 və Xiaomi Note 9 Pro modelləridir.

 

Mağazadan deyilənə görə, həmçinin Samsung markasının A modellərinə də, xüsusilə A51-ə tələbat çox olub.

 

Baku Electronicsdən verilən məlumata görə də, avqust ayında ən çox satılan telefon modeli Xiaomi olub - Note 9. Onlar da Xiaomi-dən başqa, Samsung markasının A51 və A71 modellərinin ən çox tələbat olan telefonlardan olduğunu bildirdilər.

 

İrşad Electroniks-dən də Xiaomi modellərinin son ayda daha çox satıldığı söylənildi.

 

 

Günel QURBANOVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox