AZ

ABŞ mərkəzli TikTok Global yaradılır

 

ae20095020143cc83e2a5a5e3ff889ab.jpg
21.09.2020 14:20

Oracle, Walmart və ByteDance-ın əməkdaşlığı ilə TikTok Global yaradılacaq.

 

TED.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp həftə sonu üç şirkətin əməkdaşlığına razılıq verib.

 

Sazişə əsasən, ABŞ şirkətləri Oracle və Walmart Çin əsilli ByteDance-ın 20%-ni satın alacaqlar. Beləliklə, yaxın vaxtlarda Amerika əsilli TikToku görmək mümkün olacaq. Əməkdaşlıq nəticəsində əsas mərkəzi ABŞ-da olan TikTok Global-ın əsası qoyulacaq. 

 

ByteDance rəsmiləri açıqlamalarında əsas məqsədin şəffaflığı təmin etmək olduğunu bildiriblər. Onların sözlərinə görə, yeni yaradılacaq şirkət ByteDance-ın 80%-i əhatə edəcək. 

 

Qeyd edək ki, ABŞ-da bir vaxtlar 100 milyon TikTok istifadəçisi olsa da, yeni yaradılacaq platforma ilə onların sayının 25 minə endiriləcəyi gözlənilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox