AZ

Avropa Komissiyası texnonəhənglərin “ipini yığacaq”

a12e8abe10fe36826d31d62459679152.jpg
21.09.2020 14:55

Avropa Komissiyası böyük rəqəmsal şirkətlərə nəzarəti gücləndirəcək.

 

TED.az xəbər verir ki, Google, Amazon, Feysbuk və Apple kimi platformalara tətbiq olunacaq qaydalar ilin sonuna qədər hazırlanacaq.

 

“Avropa Komissiyası dünyanın ən böyük rəqəmsal şirkətlərinin nəzarətini gücləndirəcək. Platformaların daha güclü nəzarətə ehtiyacı var”, — deyə Avropa daxili bazar komissarı Terri Breton bildirib. 

 

Onun sözlərinə görə, Avropa ölkələri istifadəçilərin və ya kiçik rəqiblərin maraqlarına təhlükə yaranacağı təqdirdə bazarda böyük şirkətlərin dominantlığına qarşı durmağa imkan verəcək yeni səlahiyyətləri təmin etmək niyyətindədirlər.

 

Breton, həmçinin qeyd edib ki, yeni qaydalar ilin sonuna qədər hazır olacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox