AZ

Britaniya benzinlə işləyən avtomobillərə qadağanı tezləşdirir

c5c349898bdb812036238c7cb78ef4f2.jpg
21.09.2020 20:49

Böyük Britaniya hökuməti benzinlə işləyən avtomobillərin satışına qadağanı on il tezləşdirə bilər. Ekoloji təmiz yanacağa keçid planlarına görə, bu, 2040-cı il üçün nəzərdə tutulurdu.


TED.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım Birləşmiş Krallığın avtomobil yollarında elektriklə işləyən maşınların artmasını sürətləndirə bilər. 


Avtomobillərdə daxiliyanma mühərriklərindən imtina üzrə yeni “yol xəritəsinin” 2020-ci ilin sonlarında elan olunacağı gözlənilir.


Qeyd edək ki, klassik güc qurğuları ilə təchiz olunan yeni avtomobillərinin tam qadağan ediləcəyi ilk ölkə Norveç olacaq. Burada daxiliyanma mühərrikli avtomobillərin satışı 2025-ci ildə, Almaniya, İrlandiya və Niderlandda 2030-cu ildə, Fransada isə 2040-cı ildə qadağan ediləcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox