AZ

YouTube-da yaş məhdudiyyəti tətbiq edilən videoların sayı artacaq 

120106474_347491776372890_5066496782897364257_n
23.09.2020 10:07

Yeni süni intellekt moderasiya üçün təqdim olunur. 

 

YouTube yaş məhdudiyyətləri tələb edən videoların sayını axtaracaq süni intellekt texnologiyasını tətbiq etməyə başlayıb. Yeni xidmət daha çox istifadəçilərə videolara baxmadan əvvəl yaşlarını təsdiqləmək üçün hesablarına daxil olmalarını xahiş edəcək.

 

TED.az xəbər verir ki, süni intellekt avtomatik olaraq yetkinlik yaşına çatmayanlara uyğun olmayan məzmunlu videoları işarələyəcək. 

 

YouTube komandası bu xidmət vasitəsilə yaş məhdudiyyəti olan videoların sayının artacağını gözləyir.

 

Əlbəttə ki, süni intellekt videoları səhv işarələyə bilər, amma şirkət buna hazırdır. Həmçinin dəyişikliklərin bir hissəsi olaraq, üçüncü tərəf saytlarında YouTube videolarını izləyən insanlar yenə də hesablarına daxil olub yaşlarını təsdiqləməli olacaqlar.

 

YouTube komandası, saytın uşaqlar üçün təhlükəli olması ittihamına görə bu şəkildə dəyişiklik etməyə qərar veriblər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox