AZ

Müəllimlər üçün əlavə yerləşdirmənin nəticələri açıqlandı

120099756_2392965901009677_4657096708973374504_n
23.09.2020 12:08

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan edilib.

 

TED.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb.

 

C.Valehov bildirib ki, 18-20 sentyabr tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlanıb. Yerləşdirmənin nəticələri barədə məlumat artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Qeyd edək ki, hazırkı əlavə yerləşdirmədə 1351 namizəd vakant yer tutaraq müəllimlik fəaliyyəti ilə məşğul olmaq imkanı qazanıb.

Elm bölməsindən digər xəbərlər

Daha çox