AZ

iOS 13.7-də yenilik – Artıq datalar geri yüklənməyəcək

 

a411e2e2425616a4c62061538483aeec.jpg
24.09.2020 10:28

Apple-ın sentyabrın 16-da istifadəçilərə təqdim etdiyi iOS 14 xeyli marağa səbəb olub. Artıq iOS 14.2 Public Beta və 14.1 Beta yayımlanıb.

 

TED.az xəbər verir ki, beta versiyaların yayımlanmasından 1 həftə keçməmiş iOS 13.7 versiyası üçün giriş məhdudlaşdırılıb. Bu, həmin versiyadan istifadənin tamamilə məhdudlaşdırılması anlamına gəlir. Ondan istifadə etmək istədikdə isə iOS 13-ə aid IPSW faylını telefona yükləmək mümkün olmur. 

 

 

 

Smartfon iOS 14-ü cihaz və ya iTunes üzərindən yükləyibsə, bundan sonra ondan istifadə etməsi lazım gələcək. 

 

Həmçinin artıq iTunes üzərindən iOS 13 vasitəsilə alınan nüsxələr geri yüklənməyəcək. Dataları yalnız iCloud – cihaz yaddaşı xaricində geri yükləmək mümkündür.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox