AZ

Smart telefon və mobil texnologiyaların ən böyük sərgisi təxirə salındı

 

bfb87e6d0b9c00bc485d2f8f7bc755cd.jpg
24.09.2020 10:45

Sərgi 2021-ci ilin yayından tez olmayacaq.

 

Smartfonların və mobil texnologiyaların ən böyük sərgisi olan Mobil Dünya Konqresi (MWC) yenidən təxirə salındı. Sərgi öncədən deyildiyi kimi nə bu il, nə də  2021-ci ilin mart ayında keçiriləcək. Ehtimal olunur ki, sözügedən tədbir yalnız iyun ayının sonunda reallaşa bilər.

 

TED.az xəbər verir ki, sərginin əvvəlcə 2020-ci ilin əvvəllərində keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə ləğv edildi. 

 

Təxirə salınan MWC tədbirini öncə gələn ilinin mart ayında keçirmək planlaşdırılsa da, yenidən tarixi dəyişdirildi, ən tez iyun ayının sonunda. 

 

Əgər tarix təkrar təxirə salınmasa, MWC 28 iyun - 1 iyul 2021-ci il tarixində Barselonada keçiriləcək. 

 

Regional MWC-lər isə 2021-ci ilin fevral ayında Şanxayda, oktyabr ayında Los-Ancelesdə keçiriləcək. 

 

Lakin Avropa artıq pandemiyanın ikinci dalğasına hazırlaşır. Buna görə də, 2021-ci ildə MWC-nin virtual formatda keçirilməsi  istisna edilmir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox