AZ

İnternet əlaqəsi kəsilmiş şəraitində işləyən sayt peyda oldu

 

fe4b34f5447e5d1b40ce2c1335a46c25.jpg
24.09.2020 13:00

Kris Bolin adlı proqramçı internet əlaqəsi olmayan cihazda işləyən sayt yaradıb. İstifadəçiyə Wi-Fi və ya simli əlaqə yalnız səhifəni ziyarət etmək üçün şəbəkədən ayrılmalı olduğunu bildirən ismarıc almaq üçün lazımdır. Cihazın internetlə bağlantısı itən kimi bəzən oflayn olmanın faydalılığı barədə veb-sayt ziyarətçilərinə gizli bir məsləhət göndərilir. 

 

TED.az xəbər verir ki, saytı yalnız internet bağlantısı olmadığı zaman əlçatan etmək üçün Bolin demək olar ki, bütün brauzerlərdəki mövcud seçimlərdən istifadə edib. 

 

Qeyd edək ki, daxil olduğumuz saytlar daim brauzerdən internet əlaqəsinin vəziyyəti barədə məlumat istəyir. Brauzer internet əlaqəsinin kəsilməsi ilə bağlı məlumat ötürən kimi saytın iş fəaliyyəti dayandırılır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox