AZ

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat yekunlaşır – Tarix                    
          

 

68e4e45f0c6130442a451f9ccef5b877.jpg
24.09.2020 16:08

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi bu gün saat 17:00-dək davam edəcək.

 

TED.az xəbər verir ki, valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər. 

 

Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

Elm bölməsindən digər xəbərlər

Daha çox