AZ

Tesla Nikola kompaniyasını oğurluqda günahlandırır

c5d00634ebba67862f5d1039ecceba2c.jpg
24.09.2020 17:52

Tesla rəqibinin hidrogen yük maşını dizaynını oğurladığını iddia edir.


TED.az xəbər verir ki, bu ilin yazında Nikola Motor Company Tesla-ya qarşı 2 milyard dollar tələb edərək məhkəməyə müraciət edib. 


Şirkətin iddiasına görə, rəqib Tesla Semi elektrik yük maşını yaradaraq Nikola One hidrogen yük maşınının dizaynını kopyalayıb. 


Daha konkret olaraq kabin şəkli, ön şüşə və qapıların dizayn həllərinin icazəsiz götürüldüyü iddia edilir. Vəziyyət bu həftə əksinə dəyişib.


Bu dəfə Tesla şirkəti Nikola-nın yük maşınının dizaynını oğurladığını iddia edib.


Tesla-nın məhkəməsi Nikola-ya qarşı növbəti bir zərbədən sonra baş verib. 


Bundan əvvəl ona qarşı ittihamlar Hindenburg Research tərəfindən irəli sürülmüşdü.

Dünya bölməsindən digər xəbərlər

Daha çox