AZ

Rəsul Rza gəmisi təmirdən sonra ilk səfərinə çıxdı

 

85f929d5ac0393916d092e82f7d388f9.jpg
24.09.2020 19:25

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Dəniz Nəqliyyatı Donanmasına aid və xarici sularda üzən Rəsul Rza quru yük gəmisinin əsaslı təmiri başa çatıb.


TED.az xəbər verir ki, təmir prosesi Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. Burada gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları) təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.


Bundan başqa, gəminin sualtı və suüstü hissələri abraziv qumla tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.


Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və dənizçilərin ixtiyarına verilib.


Rəsul Rza quru yük gəmisi yenidən Xəzərdənkənar sularda yükdaşımalara cəlb edilib. Gəmi Türkmənistanın Bektaş limanından yük götürərək Türkiyənin Gebze limanına doğru yola düşəcək.


Rəsul Rza gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33 metr, eni 16,74 metr olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.

TED + bölməsindən digər xəbərlər

Daha çox