AZ

Azərsu-ya elektron şəkildə müraciət etmək olacaq 

 

4057edb2ed98a4b18c76682536c37616.jpg
24.09.2020 19:57

Bu gün Azərsu ASC e-Su.az portalı istifadəyə verilib. Portal vətəndaşların Azərsu ASC-yə müraciətlərini asanlaşdıracaq və portal vasitəsilə ASC ilə bağlı bütün əməliyyatlar həyata keçirmək mümkün olacaq.


TED.az xəbər verir ki, bu barədə Azərsu ASC-nın Elektron İdarəetmə və Müasir Texnologiyalar Departamentinin rəisi Emil Əhmədov deyib.


Onun sözlərinə görə, portal su istehlakçısının şəxsi kabineti olaraq fəaliyyət göstərir: "Sistemə elektron bildiriş və Azərsu-ya şikayətlərin göndərilməsi kimi  xidmətlər öz əksini tapacaq".


O əlavə edib ki, 2019-cu ilin iyun ayından etibarən bu portal hazırlanmağa başlanılıb: "Bu ilin sentyabr ayından isə portal istifadəyə hazırdır. Sistem vahid platforma şəkilində yığılıb. Hələlik 8 elektron xidmət portala daxil edilib. Sistemə myGov portalı üzərindən də keçid əldə etmək mümkündür. Sistemdə yeni istehlakçıların qeydə alınması, arayışların verilməsi kimi xidmətlər də daxil edilib. Növbəti ildən portalın mobil versiyası təqdim ediləcək".

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox