AZ

İran PUA-ları ABŞ hərbi gəmilərini nəzarətdə saxlayır

c37431002bbcca416cc9fe3b1a31cd11.jpg
24.09.2020 22:44

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) ABŞ-ın Fars körfəzində təyyarə daşıyan hərbi gəmisini nəzarətdə saxlayır.


TED.az xəbər verir ki, bunu SEPAH-ın dəniz qüvvələrinin komandanı vitse-admiral Əlirza Təngsiri mətbuata açıqlamasında deyib. 


O bildirib ki, İranın pilotsuz uçuş aparatları (PUA) Fars və Hörmüz boğazlarında və Oman dənizində hərbi gəmiləri diqqətlə izləyir. Sərhədlərin mühafizəsi üçün PUA-lar hazır vəziyyətdə saxlanılır.


Vitse-admiral onu da nəzərə çatdırıb ki, İran istehsalı olan PUA-lar HDQ-nin kəşfiyyat imkanlarını daha da artırıb. Həmin PUA-lar mərkəzə foto və video materiallar göndərir.


Ə.Təngsiri ABŞ-ın hərbi gəmisinin nəzarətdə saxlanılması prosesini də nümayiş etdirib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox