Avropa İttifaqında superkompüter istehsalına 8 milyard sərmayə yatırılacaq
Avropa Komissiyası "rəqəmsal suverenlik" üçün Avropa İttifaqında öz superkompüterlərinin istehsalına 8 milyard avro sərmayə yatırmaq niyyətindədir.
TED.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sessiyasında Avropa İttifaqında işlərin vəziyyətinə dair illik çıxışı zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
“Rəqəmsal suverenliyə nail olmaq üçün öz superkompüterlərimizin istehsalına 8 milyard avro sərmayə yatıracağımızı elan etməkdən məmnunam", - o bildirib.
Lyayen diqqətə çatdırıb ki, Avropa İttifaqı yüksək texnologiyalar sahəsində ön sıralarda olmalıdır: "Amma bunun üçün investisiyalar lazımdır. Avropada texnologiyalara sərmayə yatırmaq üçün bundan daha yaxşı vaxt olmayıb".