AZ

Boeing 737 MAX bu ilin sonunadək uçuşlarını bərpa edə bilər

 

e43c78b6dfa004f756689c5396ea46b9.jpg
25.09.2020 19:59

Boeing 737 MAX bu ilin sonunadək Avropada uçuş icazəsi ala bilər.


TED.az-ın məlumatına görə, bunu Avropanın Aviasiya Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Patrik Kay deyib.


O bildirib ki, Avropa bu təyyarələrin uçuş qadağasını yalnız ABŞ-ın Federal Aviasiya İdarəsinin müvafiq qərarından sonra götürə bilər. 


ABŞ tərəfinin Boeing 737 MAX-la bağlı qərarının noyabr ayında verilməsi gözlənilir.


Xatırladaq ki, 2018-ci ilin noyabrında İndoneziyada və 2019-cu ilin martında Efiopiyada Boeing 737 MAX təyyarələrinin qəzaya uğramasından sonra həmin modellərin uçuşuna qadağa qoyulmuşdu. Bu qəzalarda müvafiq olaraq 189 və 157 nəfər həlak olmuşdu.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox