AZ

Abunəsiz Microsoft Office paketi nə vaxt əlçatan olacaq?

1b8498e58b3aefbbf2279520f3ac77a6.jpg
25.09.2020 22:55

Windows və macOS üçün abunəsiz Office ofis proqramları paketi 2021-ci ildə əlçatan olacaq. 


TED.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni paket üçün müddətsiz lisenziyanı gələn ilin ikinci yarısında birdəfəlik ödəniş vasitəsilə satın almaq mümkün olacaq.


İndi yalnız Microsoft 365-ə (əvvəlki Office 365) abunə olmaqla Office-in ən yeni versiyalarına giriş əldə etmək mümkündür. 


Abunəyə son funksiyalara malik Word, Excel, PowerPoint, Outlook və başqa proqramlara tam giriş, OneDrive bulud sistemində 1 TB, Skype-da mobil və şəhər telefonlarına 60 dəqiqəlik zəng, həmçinin virus və fişinq xarakterli hücumlardan qorunmaq üçün alətlər daxildir.


Microsoft hesabını qoşmaqla Office paketinin bəzi proqramlarını pulsuz istifadə etmək olar. Ancaq abunədən fərqli olaraq, onları kompüterə quraşdırmaq olmaz.

Dünya bölməsindən digər xəbərlər

Daha çox