AZ

Google şirkəti 10 milyondan çox yüklənən uşaq tətbiqini "bıçaq altı"na çıxarıb

 

6c807f9f673c2e70265b026eb4ab57ed.png
26.09.2020 13:00

Google şirkəti azyaşlılar üçün olan tətbiqi bağlamağı qərar verib. Bu dəfə bağlanmaq təhlükəsi ilə üzləşən çox populyar Rivet tətbiqi olub. 

 

Tətbiq 2018-ci ildə eksperimental layihələr üçün Area 120 inkubatorunda beta-versiyada istifadəyə verilib və 2019-cu ilin may ayında iOS və Android platformalarında beta versiyada buraxılıb.

 

TED.az xəbər verir ki, tətbiqin populyarlığı şübhə altına alına bilməz, çünki onun yüklənmə sayı 10 milyonu, qiymətləndirmə sayı isə 40 mini keçib.

 

Google-un elan etdiyi kimi, mobil və veb tətbiqlər 16 oktyabr 2020-ci ildə bağlanacaq. Bütün istifadəçi məlumatları 13 noyabrda silinəcək. 

 

Yeganə təsəlli budur ki, Rivet Google Assistant səs köməkçisi layihəsi çərçivəsində qarşıdan gələn qışda yenidən yaradıla bilər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox