AZ

İnnovasiyalar Agentliyi beynəlxalq arenanı erməni hərbi şirkət və  startapları ilə əməkdaşlığı dayandırmağa çağırdı

80a414b603b080c19d6d38c77d6798f0.jpg
16.10.2020 15:13

İnnovasiyalar Agentliyi yüksək texnologiyalar sahəsində çalışan 43 beynəlxalq şirkətə müraciət göndərib.

 

TED.az xəbər verir ki, müraciətdə innovativ texnologiyaların insan həyatının bütün sahələrində mühüm rol oynadığı qeyd olunub. Hazırda həmin məhsulların tibbdə, kənd təsərrüfatında, sənayedə, hərbi və mülki məqsədlərlə, həmçinin terrorla mübarizədə geniş istifadə olunduğu bildirilib. Qeyd edilib ki, sentyabrın 27-də Ermənistan Azərbaycan Respublikasının ərazilərindəki qanunsuz işğallarını genişləndirmək məqsədi ilə hücüma keçərək 30 ildən çox davam edən atəşkəsi pozub: “Bütün bu illər ərzində Ermənistan BMT qətnamələrinə (№ 822 – 30 aprel 1993, № 853 – 29 iyul 1993, № 874 – 14 oktyabr 1993, № 884 – 11 noyabr 1993) uyğun olaraq Azərbaycan Respublikasının torpaqlarını azad etməyib və 27 sentyabr 2020-ci il tarixində, saat 06:00-da Azərbaycanın daha böyük ərazilərini işğal etmək cəhdi ilə hücuma keçib. Hücumun ilk günlərindən ermənilərin əsas hədəfi dinc əhali və mülki obyektlər olub. Hazırda 1993-cü ildən BMT tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının ərazisini və suverenliyini dəstəkləyən qətnamələr Ermənistan terrorçu rejimi tərəfindən rədd edilib. 1988-ci ildə başlayan münaqişə zamanı Ermənistan Azərbaycan Respublikasının 20% ərazisini işğal edib, 1 milyondan artıq Azərbaycan vətəndaşı məcburi olaraq yaşayış yerlərini tərk edib, 20 min nəfər öldürülüb, 50 min nəfər əlil olub və 4 min nəfər itkin düşüb. Xocalı şəhərində törədilmiş soyqırım zamanı Erməni terroristlərinin törətdiyi vəhşilik bütün dünyanı lərzəyə gətirib.”

 

Müraciətdə 11 oktyabr 2020-ci ildə Ermənilər tərəfindən münaqişə zonasından 60 km uzaqlıqda yerləşən Gəncə şəhərinin dinc əhalisi hədəfə alınaraq 9 mülki şəxsin ölümü, 34 nəfərin yaralanması ilə nəticələnən terror aktı xüsusi qeyd edilib. Ermənistan terror rejimi tərəfindən aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının mülki şəxslərini hədəfə alaraq məlum olan bütün müharibə qanunlarını pozması, beynəlxalq səviyyədə qəbul edilmiş bütün protokolları-Cenevrə Konvensiyasını, Haaqa Konvensiyasını, Qırmızı Xaç və digərlərinə riayət etməməsi də vurğulanıb. Müraciətdə İnnovasiyalar Agentliyinin yüksək texnoloji məhsulların Ermənistan terror rejimi tərəfindən dinc əhaliyə qarşı istifadə olunmasının əleyhinə olması xüsusi vurğulanıb və Ermənistan tərəfindən yüksək texnologiyalardan mülki əhaliyə qarşı istifadə olunmasının dəlillərini göndərməyə hazır olduğunu bildirib.

 

Müraciətin sonunda İnnovasiyalar Agentliyi beynəlxalq yüksək texnologiyalar istehsalçılarını kamikadze dronlar üçün nəzərdə tutulan texnologiya transferini və ehtiyat hissələrinin satışının dayandırılması, erməni hərbi şirkətləri və hərbi startaplar ilə əməkdaşlığı dayandırmağa çağırıb.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox