AZ

“Qlobal Müdafiə Texnologiyaları Hakatonu 2020”-yə qeydiyyat başlandı

 

9f2048c702a7e43a9aed08b858fb07d2.jpg
20.10.2020 12:49

Azərbaycanda ilk dəfə keçiriləcək “Qlobal Müdafiə Texnologiyaları Hakatonu 2020” beynəlxalq tədbirinə qeydiyyat başlayıb.

 

TED.az xəbər verir ki, Hakatonda iştirak etmək istəyənlər  globaldeftech.com  vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbiri noyabrın 13-dən 15-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox